V Yay Düşərgəsində azad edilmiş ərazilərdə aparılan bərpa-quruculuq işlərindən danışılıb
V Yay Düşərgəsində azad edilmiş ərazilərdə aparılan bərpa-quruculuq işlərindən danışılıb.
V Yay Düşərgəsində azad edilmiş ərazilərdə aparılan bərpa-quruculuq işlərindən danışılıb
2024
V Yay Düşərgəsində azad edilmiş ərazilərdə aparılan bərpa-quruculuq işlərindən danışılıb
https://x.com/DiasporaAz/status/1820816937565212801
“Gənclər Yaşıl Dünya Naminə” Diaspor Gənclərinin V Yay Düşərgəsində növbəti panel müzakirə işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa quruculuq işlərinə həsr olunub.
https://x.com/DiasporaAz/status/1820816937565212801
Panel Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Elşad Əliyevin moderatorluğu, Şuşa rayonunda Prezidentin xüsusi nümayəndəsi Aydın Kərimovun, Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyevin, Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyinin rəsmisi Hüseyn Quliyevin iştirakı ilə keçirilib.
Əsas müzakirə mövzuları “Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında son 4 il ərzində görülmüş işlər” və “İşğal müddətində erməni terroru nəticəsində maddi obyektlərə, tarixi abidələrə dəyən zərərin dünya ictimaiyyətinə çatdırılmasında Azərbaycan diasporunun rolu” olub.
Çıxışçılar əvvəlcə 30 ilə yaxın davam edən işğal müddətində törədilən erməni vandalizmi, azad edilmiş ərazilərdə reinteqrasiya tədbirləri, tarixi və mədəniyyət abidələrinin bərpası, sosial infrastrukturun tikintisi, işğaldan azad edilmiş ərazilərimizin iqtisadi potensialı barədə düşərgə iştirakçılarına məlumat veriblər. Diqqətə çatdırılıb ki, hazırda işğaldan azad edilmiş ərazilərə böyük qayıdış Azərbaycanın 2030-cu ilədək beş Milli Prioritetindən biri kimi müəyyən olunub. Bu Milli Prioritetlərə əsaslanan “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın icrasını təmin etmək məqsədilə Böyük Qayıdışa dair I Dövlət Proqramı təsdiq olunub. Dövlət Proqramı çərçivəsində işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa-quruculuq işləri aparılır, müasir infrastruktur formalaşdırılır, dayanıqlı məskunlaşma və iqtisadi reinteqrasiya üçün zəruri şərait yaradılır.
https://x.com/DiasporaAz/status/1820816937565212801
Həmçinin qeyd olunub ki, Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə 2020-ci ilin noyabrında Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində sosial-iqtisadi, humanitar, təşkilati və digər təxirəsalınmaz məsələlərin həlli, eləcə də bu sahədə fəaliyyətin əlaqələndirilməsi məqsədilə Əlaqələndirmə Qərargahı yaradılıb və bu işlərin daha sürətli şəkildə həyata keçirilməsinə xidmət edir.
Bununla yanaşı, paneldə 2021-ci ilin yanvar ayında işğaldan azad edilmiş ərazilərdə dayanıqlı məskunlaşma üçün müasir və layiqli həyatın təmin edilməsi, bütün sahələrdə quruculuq-bərpa və abadlıq işlərinin aparılması, habelə təhlükəsiz yaşayışın, səmərəli fəaliyyətin və rifahın davamlı artmasının dəstəklənməsi məqsədilə yaradılmış Qarabağ Dirçəliş Fondunun fəaliyyətindən də söhbət açılıb.
Tədbir işğal müddətində erməni terroru nəticəsində maddi obyektlərə, tarixi abidələrə dəyən zərərin dünya ictimaiyyətinə çatdırılmasında Azərbaycan diasporunun rolu və digər mövzularda müzakirələrlə davam edib. Sonda Qarabağda icrası davam edən bərpa-quruculuq işləri ilə bağlı videoçarx nümayiş olunub.
Foto qalereya
https://x.com/DiasporaAz/status/1820816937565212801
dostların arasında bunu ilk tövsiyyə edən sən ol
Digər xəbərlər
kaynak:https://diaspor.gov.az/az/news-detail/v-yay-dusergesinde-azad-edilmis-erazilerde-aparilan-berpa-quruculuq-islerinden-danisilib-4979
https://x.com/DiasporaAz/status/1820816937565212801
aparılan, Azerbaijan, AZERBAYCAN, Azərbaycan, Azərbaycan Diasporuna Dəstək Fondu, Azərbaycan Evi, Azərbaycan Respublikası, Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Murad, Bakı, BAKÜ, bərpa-quruculuq, danışılıb, Dəstək Fondu, Diaspor, Diaspora, Diaspora of the Republic of Azerbaijan, Diasporla, Diasporla İş üzrə Dövlət Komitəsi, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov, Diasporuna Dəstək Fondu, embassy, Embassy of the Republic of Azerbaijan, ərazilərdə, Fuad, Fuad Muradov, he, İş üzrə Dövlət Komitəsi, işlərindən, Kомитет, Muradov, Öf, of t, Republic, Republic of Azerbaijan, sədri Fuad Muradov, State Committee on Work with, State Committee on Work with Diaspora of the Republic of Azerbaijan, THE, V Yay Düşərgəsində azad edilmiş, V Yay Düşərgəsində azad edilmiş ərazilərdə aparılan bərpa-quruculuq işlərindən danışılıb, Азербайджанской, Государственный, Государственный Kомитет по Работе с Диаспорой Азербайджанской Республики, диаспорой, по, работе, Республики», с