Adana Adıyaman Afyon Ağrı Aksaray Amasya Ankara Antalya Ardahan Artvin Aydın Balıkesir Bartın Batman Bayburt Bilecik Bingöl Bitlis Bolu Burdur Bursa Çanakkale Çankırı Çorum Denizli Diyarbakır Düzce Edirne Elazığ Erzincan Erzurum Eskişehir Gaziantep Giresun Gümüşhane Hakkari Hatay Iğdır Isparta İstanbul İzmir K.Maraş Karabük Karaman Kars Kastamonu Kayseri Kırıkkale Kırklareli Kırşehir Kilis Kocaeli Konya Kütahya Malatya Manisa Mardin Mersin Muğla Muş Nevşehir Niğde Ordu Osmaniye Rize Sakarya Samsun Siirt Sinop Sivas Şanlıurfa Şırnak Tekirdağ Tokat Trabzon Tunceli Uşak Van Yalova Yozgat Zonguldak
İstanbul °C

Praqada “Şuşa ili” və Zəfər Günü qeyd edilib

REKLAM ALANI
12.11.2022
A+
A-

 

 

 

Praqada “Şuşa ili” və Zəfər Günü qeyd edilib

2022

Praqada “Şuşa ili” və Zəfər Günü qeyd edilib

Çexiyanın paytaxtı Praqada “Şuşa ili” və 8 Noyabr – Zəfər Günü münasibətilə tədbir keçirilib.

Azərbaycanın Çexiyadakı səfirliyinin təşkilatçılığı ilə baş tutan tədbirdə dövlət strukturlarının rəsmiləri, diplomatik korpusun nümayəndələri, elm və işgüzar dairələrin təmsilçiləri və Azərbaycan icmasının üzvləri iştirak ediblər.

Tədbirdə çıxış edən ölkəmizin Çexiyadakı səfiri Adış Məmmədov, Türkiyənin Çexiyadakı səfiri Egemen Bağış xalqımızı və Türk Dünyasını möhtəşəm bayram münasibətilə təbrik ediblər.

Tədbirdə “Şuşa ili” çərçivəsində Azərbaycan Yazıçılar Birliyinin üzvü, Çexiyada yaşayan azərbaycanlı yazıçı Leyla Begimin şeir, poema və povestlərindən ibarət “Qarabağnamə” kitabı təqdim edilib.

Sonra Şuşa şəhərinin təməlinin qoyulmasının 270 illiyinə dair videoçarx nümayiş olunub.

Tədbirin bədii hissəsində beynəlxalq musiqi müsabiqələrinin qalibi Jalə Rəsulova (piano) və Aleksandra Tirsunun (skripka) ifasında Azərbaycan və dünya bəstəkarlarının əsərlərindən ibarət klassik musiqi əsərləri səsləndirilib.

 

FOTO QALEREYA

 

 

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

kaynak:http://diaspor.gov.az/az/news-detail/praqada-susa-ili-ve-zefer-gunu-qeyd-edilib-1890

 

 

REKLAM ALANI